EN

Yamal İspaniya millisinin düşərgəsini tərk edib

İspaniya yığması Millətlər Liqasında Serbiya ilə oyun öncəsi ciddi itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, komanda aparıcı futbolçusu Lamin Yamalı itirib.

“Barselona”nın oyunçusu Danimarkaya qarşı matçda zədələnib. İspaniya Futbol Federasiyası (RFEF) Yamalın maqnit rezonans müayinəsindən keçdiyini açıqlayıb. Onun zədəsinin ciddi olmadığı, amma daha da ağırlaşmaması üçün riskə gedilməyəcək. Bu səbəbdən də Yamal millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, İspaniya - Serbiya matçı sabah saat 22:45-də keçiriləcək.

İdman.biz

Chosen
57
2
idman.biz

3Sources