EN

“İsrailin hücumları qəbuledilməzdir”- Meloni

 

İtaliyanın baş naziri Giorgia Meloni İsrailin baş naziri Benyamin Netanyahuya Livanda Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin əsgərlərinə hücumu ilə əlaqədar telefonla zəng edib.  Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Giorgia Meloni israilli həmkarı Benyamin Netanyahuya Tel-Əvivin Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) əsgərlərinə hücumunun qəbuledilməz olduğunu deyib.Həmçinin qeyd olunub ki, Meloni İtaliyanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə yerinə yetirilməsi vasitəsilə İsrail-Livan sərhədinin sabitləşməsinə töhfə verə biləcəyi və köçkünlərin öz evlərinə qayıtmasına zəmanət verə biləcəyinə dair öhdəliklərini təkrarlayıb.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Chosen
9
1
missiya.az

2Sources