EN

NATO-nun illik nüvə təlimi başlayır - iki gün davam edəcək

NATO illik nüvə təlimi \"Sabit Günorta\"nın bu gün başlayacaq və iki həftə davam edəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, təlimə 60-dan çox təyyarə qatılacaq.

Qərbi Avropa üzərində təlim uçuşlarının ediləcəyi təlim çərçivəsində ABŞ-ın nüvə raketləri daşıya bilən döyüş təyyarələri də iştirak edəcək.

NATO-nun nüvə təlimi hər il oktyabr ayında keçirilir.

Bu ilki təlimə ev sahibi ölkələr Belçika və Hollandiya vasitəsilə Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindən hava məkanında uçuşlar daxildir.

Təlim iki həftə davam edəcək.
 
Gülay
Chosen
76
azxeber.com

1Sources