Bazar ertəsi prezident İlham Əliyev bəzi ölkələrin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib, dövlət başçısının saytı bildirib.
Aşağıdakl səfirlər öz etimadnamələrini dövlət başçısına təqdim ediblər: Ole Toft (Danimarka), Vayno Reynart (Estoniya), Akambi Andre Okunlola-Biau (Benin), Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri (Qətər), Julyen de Fraypon (Belçika).