EN

Qvardiola tarixin ən yaxşı oyunçusunı açıqladı: “O, müstəsnadır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.

Arena.az nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romanonun “Che Tempo Che Fa” dərgisinə istinadı əsasında, ispan mütəxssisin bu barədə fikrini təqdim edir:

“Leo” Messi bütün zamanların ən yaxşı futbolçusudur… Mən Messi kimi birini təsəvvür edə bilmirəm. O, müstəsnadır”, deyə Qvardiola əminliklə vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 188 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
29
1
arena.az

10Sources