EN

“Azercell” yaşıl baza stansiyalarının sayını artırır

Lider mobil operator işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi ilə işləyən yeni baza stansiyalarını istifadəyə verir

İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan “Azercell” ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda yaşıl baza stansiyalarının sayını 35-ə çatdırır.

Beləliklə, “Azercell” azad edilmiş ərazilərdə yaşıl baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisilə işləyən baza stansiyaları Tovuz və Qobustanda da fəaliyyət göstərir.

Ekoloji baxımdan daha yaşıl olan bu baza stansiyalarının enerji tələbatının 60 faizi bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının minimallaşdırılmasını təmin edir.

Qeyd edək ki, yaşıl texnologiyaların ölkə üzrə tətbiq edilməsi “Azercell”in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir. Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəlik təşəbbüslərini davam etdirəcək.

Chosen
11
22
xalqqazeti.az

10Sources