EN

Mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb

Image

Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib. Bu barədə baki-xeber.com-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb. A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub. Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.

Ä°radÉ™ SARIYEVA






Chosen
21
17
baki-xeber.com

10Sources