EN

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Avtosfer.az-ın məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
50
39
avtosfer.az

10Sources