EN

Qafarova Simanyonla görüşdən son anda imtinaETDİ

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.

O bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən razılaşdırılmış görüşdən son anda imtina edib.

Arutyunyanın sözlərinə görə, İrəvana qayıtdıqdan sonra Simonyan səbəblərlə bağlı əlavə izahatlar verəcək.

Chosen
92
11
redaktor.az

10Sources