EN

Aİ Ukraynadakı hərbi missiyasının mandatını daha iki il uzadır

Aİ Ukraynadakı hərbi missiyasının mandatını birdən-birə iki il uzatmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Josep Borrel Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Biz qərara gəldik ki, Ukraynadakı missiyamızın mandatını iki il uzadacağıq. Bu, Ukrayna ordusunun hazırlığını gücləndirmək üçün lazımdır”.

Onun sözlərinə görə, mandatın yekun təsdiqi Aİ xarici işlər nazirlərinin noyabrda keçiriləcək növbəti görüşündə baş tutmalıdır.

Borrell əmin edib ki, Aİ-nin Ukraynadakı missiyası Ukrayna Silahlı Qüvvələrinin təlimi və təchizatına yönəlib və döyüş xarakteri daşımır.

Chosen
1
50
unikal.az

10Sources