EN

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib.
 
Bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
 
O bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən razılaşdırılmış görüşdən son anda imtina edib.
 
Arutyunyanın sözlərinə görə, İrəvana qayıtdıqdan sonra Simonyan səbəblərlə bağlı əlavə izahatlar verəcək.
Chosen
55
11
moderator.az

10Sources