"Rusiyada "Tu-134" hərbi nəqliyyat təyyarəsi yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Mənbə qeyd edir ki, hava gəmisi "Orenburq-2" hərbi aerodromu ərazisində məhv edilib.
Vurğulanır ki, bu cür təyyarələr Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin uçuşları üçün istifadə olunur.
Bizim.Media