EN

"Brent" neftinin və təbii qazın qiyməti azalıb, rubl bahalaşıb,avro o cümldən qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 3,09% azalaraq 1 barelə görə 75,07 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 3,12% azalaraq 1 barelə görə 71,53 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,95ABŞ dolları və ya 2,4% azalaraq 78,68 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,61% azalaraq 2,463 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 15-də Avro 1,8516 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 15-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 15-də Rusiya rublu 0,0178 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,2% azalaraq 2 660,4 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,15% azalaraq 31,27 ABŞ dollarına bərabər olub.

Chosen
40
16
fins.az

10Sources