Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən güclü raket hücumunu həyata keçirib.
Məlumata görə, İsrailin mərkəzində yerləşən daha bir neçə şəhər HƏMAS tərəfindən raket atəşinə tutulub.
HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının qeyd etdiyi kimi, İsrail ərazisini atəşə tutması “mülki əhalinin öldürülməsinə” cavab olaraq həyata keçirilib.
Mənbə: TASS