EN

Voyçex Şesnı: “Lionel Messi ölümcül idi”

“Barselona”nın polyak qapıçısı Voyçex Şesni “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messiyə qarşı oynamaqdan qorxduğunu etiraf edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, polyak qapıçı ona ünvanlanmış müvafiq sual müqabilində bu haqda danışıb:

– Karyeranızda ən çox hansı hücumçu sizi xoşagəlməzliklər yaşadıb?
– Lionel Messi. Yəqin ki, mənə qarşı daha çox qol vurmuş hücumçular var. Düşünürəm ki, o, mənə qarşı cəmi üç dəfə qol vurub. Mən bunu bilirəm, çünki o, mənə cəmi üç şüşə pivə göndərmişdi*. O, qarşı oynamaqdan qorxduğum yeganə şəxs idi, cünki o, ölümcül idi.

*Qeyd:
2020-ci ildə pivə istehsalçılarından biri Lionel Messinin “Barselona”dakı qol rekordu şərəfinə “Leo”nun qol vurduğu qapıçılara ümumilikdə 644 şüşə pivə göndərib. Hər qapıçı Messidən “yediyi” qol sayı qədər pivəyə qonaq edilib.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 188 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
34
12
arena.az

10Sources