EN

İsrail HƏMAS liderinin ölümünü ABŞ-a təsdiqləyib

İsrail

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

İsrail ilkin DNT testlərinin nəticələrinə əsasən HƏMAS lideri Yəhya Sinvarın ölümünü ABŞ tərəfinə təsdiqləyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə CNN mənbəyə istinadən xəbər verib. Bildirilir ki, analizlər davam etdirilir. Qeyd edək ki, HƏMAS liderinin ölümü ilə bağlı xəbəri Prezident Cozef Bayden və Dövlət katibi Antoni Blinkenə ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Almaniyaya səfər zamanı çatdırıb.

ABŞ müdafiə naziri Lloyd Ostin də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə bu məlumatı alıb.

Hadisə ilə bağlı fotoşəkillər Pentaqon rəhbərinə nümayiş etdirilib.

Qeyd edək ki, bu İsrail Müdafiə Ordusu Qəzza sektorunda HƏMAS lideri Yəhya Sinvar olduğu ehtimal edilən 3 nəfərin öldürüldüyünü açıqlayıb. Hazırda İsrail faktı araşdırır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
65
50
azertag.az

10Sources