EN

Lerikdə yol qəzası

 

Azərforum “Qafqazinfo”ya istinadla xəbər verir ki, Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

hadisə rayonun Qışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lerik rayon sakini 1965-ci il təvəllüdlü Höccətov Mehman Ağamməd oğlunun idarə etdiyi  “Ford Transit” markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı maşından yerə çırpılan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Höccətovun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

 
 
 
Chosen
4056
9
qafqazinfo.az

10Sources