EN

Dünya liderləri Sinvarın ölümündən yazdı

Xəbər verdiyimiz kimi, HƏMAS Siyasi Bürosunun rəhbəri İsrail hərbçiləri tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Qərb dövlətlərinin liderləri və nazirləri Yəhya Sinvarın ölümü ilə bağlı açıqlamalar verib.

Həmin açıqlamaları təqdim edirik:

ABŞ Prezidenti Co Bayden:

"HƏMAS lideri Yəhya Sinvar öldürüldü. Bu, İsrail, ABŞ və dünya üçün yaxşı gündür".

Fransa Prezidenti Emmanuel Makron:

"Oktyabrın 7-də törədilən terror aktlarına və vəhşiliklərə görə məsuliyyət daşıyan əsas şəxs Yəhya Sinvar olub. Bu gün mən qurbanların, o cümlədən 48 soydaşımızın və onların yaxınlarının təəssüratı ilə düşünürəm. Fransa hələ də həbsdə olan bütün girovların azad edilməsini tələb edir".

Almaniyanın xarici işlər naziri Annalena Berbok:

"Sinvar İsraili və onun xalqını məhv etmək istəyən qəddar qatil və terrorçu idi. O, oktyabrın 7-də törədilən terrorun təşkilatçısı kimi minlərlə insana ölüm və bütün regiona ölçüyəgəlməz iztirablar gətirdi".

İtaliyanın xarici işlər naziri Antonio Tajani:

“Görünür, HƏMAS-ın hərbi lideri öldürülüb və mən hesab edirəm ki, bu baxımdan İsrail HƏMAS terrorçularına qarşı özünümüdafiəsini həyata keçirib".

Böyük Britaniyanın müdafiə naziri Con Hili:

"Oktyabrın 7-də törədilən terror aktına görə məsuliyyət daşıyan Sinvar kimi terror liderinin ölümünə yas tutmayacağam”.

Chosen
57
18
axar.az

10Sources