EN

KİV: Alman partiyalarının koalisiyası Kiyevə silah tədarükünü qadağan edə bilər

Almaniyanın şərqində keçirilən seçkilərdə ən çox səs toplayan alman partiyaları koalisiya sazişinə Ukraynaya silah tədarükünü qadağan edən bənd əlavə edə bilər.

APA xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Koalisiya “Xristian Demokrat İttifaqı”, “Almaniya Sosial Demokrat Partiyası” (SPD) və “Sara Vaqenknext Ağıl və Ədalət İttifaqı” tərəfindən yaradıla bilər.

Qeyd olunur ki, Sara Vaqenknext Kiyevə silah tədarükünün aktiv əleyhdarıdır və münaqişənin diplomatik yolla həllinə çağırır.

Chosen
29
apa.az

1Sources