EN

COP29 müddətində SMS icazə olacaq? - RƏSMİ AÇIQLAMA

"COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur".

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır:

"İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".


Chosen
6
49
news24.az

10Sources