EN

Qvardiola MS-dən gedə bilər?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdan mümkün gedişi ilə bağlı şayiələrə reaksiya verib.

Bu haqda tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İspaniyalı mütəxəssis hələlik gələcəyi ilə bağlı qərar vermədiyini deyib:

“Gələcəkdə başıma nə gələcəyini görəcəyik. Mən hələ düşünməli və gələcəkdə nə etmək istədiyimə qərar verməliyəm”.

Qvardiolanın MS ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, baş məşqçi vəzifəsinə 2016-cı ildə təyinat alıb. Komanda Qvardiolanın rəhbərliyi altında 6 dəfə premyer-liqanın, 4 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə ölkə kubokunun, ötən il Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Hazırda premyer-liqada 7 oyuna 17 xalla 2-ci yeri tutan “Siti” lider “Liverpul”dan 1 xal geri qalır.
Chosen
23
50
football-plus.az

10Sources