EN

Qvardiola: “Gələcəyimlə bağlı qərarı hələ qəbul etməmişəm”

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.

Arena.az xatırladır ki, ispan mütəxəssisin “şəhərlilər”lə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Mən hazırkı mərhələdə hələ qərar verməmişəm. Qərar verəndə, mən bu barədə kluba, sonra isə mətbuata məlumat verəcəyəm… Ona görə də heç bir xəbər yoxdur və ona görə də artıq, deyilmişlərə mütləq nəsə əlavə etməyə ehtiyac görmürəm. Mənim diqqətim yalnız növbəti oyuna yönəlib”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano “Pep”dən sitat gətirir.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 483 oyun keçiriblər, 357 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1227:435 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Chosen
15
50
arena.az

10Sources