EN

Zaxarovadan Borrelə cavab gecikmədi: "Dezinformasiyadır"

Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Rusiya hərbçilərinin Ukrayna əsgərlərini öldürdüyü iddiası ilə bağlı açıqlaması dezinformasiyadır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Borrell özünün yeni anti-Rusiya şərhində Ukraynayönlü təbliğatı qızışdırmaqda davam edir və Rusiyanı gözdən salmaq üçün növbəti yalan məlumatlar yaradır. Diplomat əlavə edib ki, bu cür bəyanatlar Ukrayna silahlı qüvvələrinin cəbhə xəttində uğur qazanmaması ilə izah olunur.


Müəllif: Pərvin Cəfərova
Chosen
14
14
teleqraf.com

9Sources