EN

“Vətənə xəyanət edənlərin axrını göstərmək üçün ibrətamizdir”, MSB

 

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) bütün milli-mənəvi dəyərləri istismar edərək ölkəyə xəyanət edən, başda Fətullahçı Terror Təşkilatı (FETÖ) olmaqla bütün terrorçular ilə mübarizə kökləri kəsilənə qədər əzmlə və qətiyyətlə davam edəcəyini bildirdi.

Nazirlikdən FETÖ başçısı Fətullah Gülənin ölümünə dair açıqlama verildi: "Manqurtlaşdırdığı beyinlərlə nəcib türk millətinin istiqlal və gələcəyinə qəsd edən, dövlətimizə və qəhrəman ordumuza böyük zərər vuran FETÖ başçısı ölüb. Bu xainin vətənsiz olaraq ölməsi və sonsuza qədər bu şəkildə anılacaq olması bu quruluşdan zərər çəkən vətəndaşlarımızın acılarını yüngülləşdirməsə də, vətənə xəyanət edənlərin axrını göstərmək üçün ibrətamizdir."

Hələ də bu quruluşun əsiri olaraq vətəninə, millətinə xəyanət etməkdə israr edənlərin bundan dərs almaları və bir an əvvəl əzəmətli türk ədalətinə təslim olmaları çağırışı edilib.



Chosen
94
1
trt.net.tr

10Sources