EN

Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır

Ermənistan 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Bu barədə parlamentdə respublikanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Baş nazirin müavini bununla belə İrəvanın hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmədiyini vurğulayıb.

"Xeyr, xeyr, hazırkı mərhələdə xeyr", - deyə o, BRICS-ə üzvlük üçün müraciət etmək imkanı ilə bağlı jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın BRICS sammitində iştirak edəcəyini təsdiqləyib.

Mənbə: oxu.az

Chosen
120
4
oxu.az

10Sources