"Atletiko"nun (Madrid) ulduzu zədələnərək uzun müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, "Leqanes" ilə matçda dizindən və ayaq biləyindən zədə alan Klement Lanqlenin ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, paytaxt klubunda icarə əsasında forma geyinən müdafiəçi 2 oyunda meydana çıxıb.