EN

2 qardaşın mübahisəsi qanla bitdi

Kürdəmirdə iki qardaşın mübahisəsi qanla bitib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində 1994-cü il təvəllüdlü Hacıyev Fəhmin Bədəl oğlu böyük qardaşı 1991-ci il təvəllüdlü Hacıyev Emil Bədəl oğlunun boyun nahiyəsinə bıçaq xəsarəti yetirib.

Ağır xəsarət alan yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və dərhal əməliyyata alınıb.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. 

Hadisəni törədən Fəhmin Hacıyev rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda fakt araşdırılır.


Bizim.Media, Aran bürosu

Chosen
24
bizim.media

1Sources