EN

“Qarabağ” üçün pis xəbər – onlar sağaldı

“Ayaks”ın iki aparıcı futbolçusu UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la keçiriləcək oyuna hazır ola bilər.

Futbolinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Cordan Henderson və hücumçusu Vaut Veqhorst zədəsini sağaldıb. Henderson iki gün əvvəl Erediviziyanın 9-cu turunda “Herakles”lə (3:4) oyundan sonra ayağında ağrılar hiss edib. Veqhorst isə zədə ucbatından həmin matçı buraxıb. Onların Bakıdakı matçda məşqçilər korpusunun sərəncamında olması istisna edilmir.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Chosen
23
futbolinfo.az

1Sources