Bakı. Trend:
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilənməlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davamedir.
Xidmətin rəsmisi Gülnarə Abbasova Trend-ə bildirib ki, müşahidə olunan yağıntılıhava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda vəAbşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraqəksər rayonlarda tədricən kəsiləcək.
“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitininmülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayimşimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərləmüqayisədə tədricən yüksələcək”.