EN

Laporta baş məşqçisinə 2:8-i xatırlatdı - "Bizə borcun var"

"Barselona" klubunun prezidenti Xuan Laporta Çempionlar Liqasında "Bayern Münhen" ilə oyun ərəfəsində baş məşqçi Hans-Diter Flikə müraciət edib.

Fanat.Az xəbər verir ki, klub funksioneri məhz alman mütəxəssisin rəhbərliyi altında 2019/20 mövsümünün 1/4 finalında Münhen təmsilçisinin katalonlara 8:2 hesabı ilə qalib gəldiyi görüşü xatırladıb: 

AS nəşri Laportanın dediklərini belə çatdırıb: 

“Flik, bizə borcun var. Təbii ki, böyük hesabla qalib gəlmək əla olardı, amma qələbə qazansaq, bu, artıq yaxşıdır”. 

"Barselona" - "Bayern Münhen" oyunu oktyabrın 23-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Chosen
9
fanat.az

1Sources