Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevadır. Faktla bağlı araşdırma aparılır.