EN

Olmo "Bavariya"ya qarşı oynamaya bilər

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunun matçında komandasına kömək etməyə bilər.

90deqiqe.Az " Diario Sport"ə istinadən xəbər verir ki, Kataloniya klubu ispan futbolçunun zədəsinin təkrarlanmasından ehtiyat edir.

Bu baxımdan o, İspaniya çempionatında “Sevilya” ilə son matçda (5:1) iştirak etməyib, həmçinin “Bavariya” ilə oynamamaq riskini daşıyır.

Görüş sabah Kataloniyanın paytaxtında baş tutacaq. İspaniya çempionatının cari mövsümündə 26 yaşlı yarımmüdafiəçi üç oyun keçirib və bu oyunda üç qol vurub.

Chosen
13
90deqiqe.az

1Sources