EN

Leysan yağışları nəticəsində Bakının Yasamal rayonunda Abdulla Şaiq küçəsi, 156 ünvanında köhnə ikimərtəbəli fərdi ev çöküb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri K.Nuriyevanı (1957-ci ildə anadan olub) dağıntıların altından çıxararaq təxliyə ediblər.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri 31 vətəndaşı təhlükəsiz əraziyə təxliyə edib. Hazırda suyun çəkilməsi  tədbirləri davam edir, məlumatda deyilir.

Sosial şəbəkələrdə su axınının apardığı şəxsin videosunun  yayılmasını şərh etmək xahişinə nazirlikdən cavab veriblər ki, belə məlumatlar daxil olmayıb.

TƏBİB-dən Turan-a bildiriblər ki, yağıntı ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Chosen
21
turan.az

1Sources