Təşkilatın aparıcı simaları və Fətullah Gülənin iradəsinə uyğun olaraq müəyyən edilən dəfn yeri üçün bütün lazımi icazələrin alındığı bildirilib.

İndex.az xəbər verir ki, ABŞ-da yaşayan jurnalist Mehmet Sümer X hesabında mövzu ilə bağlı əhəmiyyətli bir detal paylaşıb.

Sümer tvitində Fətullah Gülənin qaldığı bağ evində (ferma) dəfn edilməsinə qərar verildiyini bildirib. O, ABŞ qanunlarına uyğun olaraq bundan sonra buranın məqbərə adlandırılacağını və buna görə də fermanın bütün vergilərdən azad ediləcəyini vurğulayıb.

Sümer tvitində bunları yazıb: “Fətullah Gülənin cənazəsi icazə ilə qaldığı əkin sahəsində dəfn olunarsa, Pensilvaniya qanunlarına görə torpaq hər cür vergidən azad ediləcək. Qanunda qəbir və məqbərə kimi yerlərin vergidən azad edilməsi nəzərdə tutulur. Bildiyim qədər, bununla bağlı lazımi icazələr alınıb”.