EN

MHP lideri: "Arzum budur ki, FETÖ lideri cəhənnəmdə əbədi yansın"

MHP sədri Dövlət Baxçalı FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, partiyasının deputat fraksiyasının qarşısında etdiyi çıxışda Gülənin dünən ABŞ-da ölməsi faktına toxunub.

MHP lideri onu xəyanətdə ittiham edib və ona o dünyada "cəhənnəm" arzulayıb: "Türkiyədə onu dəfn edəcək torpaq yoxdur. Diləyim FETÖ lideri terrorçunun cəhənnəmdə əbədi yanmasıdır".

Firudin Səfərli

MİA.AZ

Chosen
2
1
mia.az

2Sources