"Real"ın sabiq futbolçusu Uesli Sneyder Serxio Buskets haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Barça Universal"a istinad edərək Sneyderin bu məsələyə dair mülahizələrini təqdim edir:

"Buskets həmişə çox ürəkbulandıran biri idi. Başqalarına zərbələr vurmağı sevirdi, amma özü zərbə alanda buna dözə bilmirdi. Dərhal ağlamağa başlayırdı. Ağlayan birisi idi".

Qeyd edək ki, "Transfermarkt" internet-portalı 36 yaşlı futbolçunun transfer qiymətini 2 milyon avro olaraq müəyyən edib.