EN

“Sabunçu tuneli”ndən bir nəfərin meyiti çıxarıldı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.


Chosen
92
2
metbuat.az

2Sources