EN

Honq Konq qızıl ticarəti mərkəzinə çevrilə bilər

Honq

Honq Konq şəhərinin yerli hakimiyyəti qızıl və digər malların beynəlxalq ticarət mərkəzinə çevrilmək üçün iddialı planlarını açıqlayıb.

Reyting.az
"Bloomberg" nəşrinə istinadla xəbər verir ki, şəhər rəhbərliyi artıq qızıl ehtiyatlarını artırmağı və ticarət, sığorta, logistika kimi əlaqəli sahələrin inkişafını sürətləndirməyi planlaşdırır. İpoteka və hedcinq ehtiyaclarını ödəmək üçün qızıl törəmələri ilə ticarətin genişləndirilməsi isə əsas hədəf kimi götürülüb.

Böyük planın bir hissəsi kimi hökumət Honq-Konqda nümayəndəliklərini açmaq üçün iri əmtəə şirkətlərini də cəlb etməyi düşünür.

Qızılın qiymətinə uyğun olaraq çox böyük yatırımların get-gedə etibarlığının artmasını bildirən mütəxəssislərin fikrincə, Honq Konq şəhəri həm də öz siyasi və iqtisadi azadlığını təmin etməkdədir.

Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsi, aparıcı qlobal şəhərlərindən biri kimi bütün dünyadakı maliyyə mərkəzləri sırasında öndə gedənlərdən olan, həm də əksəriyyətin "çox böyük alış-veriş şəhəri" adlandırdığı Hon Konq yüksək 0və uğurlu davamla iqtisadi mərhələni artıq adlamış sayılır.

Honq Konq getdikcə nəinki nəhəng qızıl ticarəti mərkəzinə, həm də iqtisadi və siyasi müstəvidə tam azadlığına doğru irəliləyir.

Oqtay QORÇU
Chosen
13
reyting.az

1Sources