Bakı. Trend:
Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsindəİsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçik miqyaslıuçqun hadisəsi qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətininsədri Əli Əliyev açıqlama verib.
“Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə,hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasındanisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışlarıntəsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalınınəzərə almaq lazımdır”,- deyə o qeyd edib.