EN

"Türkiyə BRİKS-lə əlaqələri genişləndirmək istəyir" - Ərdoğan

Türkiyə BRİKS ilə əlaqələri genişləndirmək istəyir və Kazan sammitində məhsuldar prosesə ümid edir.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl jurnalistlərə bildirib ki, BRİKS ilə bu və ya digər formada əməkdaşlıq etmək istəyən dövlətlərin sayı, o cümlədən assosiasiyanın Kazanda keçiriləcək sammiti indiyədək keçirilən ən böyük xarici siyasət tədbiri olacaq.

Uşakov Türkiyənin BRİKS-də tam iştirak üçün ərizə təqdim etdiyini də təsdiqləyib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az

Chosen
13
unikal.az

1Sources