Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.
Bu barədə "Operativ Media"a Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O deyib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.