EN

Deputat pensiyaların geçikdirilməsi haqqında bildirid ki……..

Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı,Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdir. Bayramlarada pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi….Pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da,onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı.Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var və mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki,bayram üçün nəsə almağa üzü olsun.
Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyalarının verilməsi ilə bağlı geçikmələr müşahidə olunur..Əmək və Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirliyinin rəsmi açıqlamalanda bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.
Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik.Çünki əvvəlki rejimə görə pensiyalar Bakı,Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda,məsələn Şəki və Qaxda ayın 15-i verilirdirsə və insanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdirsə, eyni zamanda pensiya həmin pensiyaçının,bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidirsə,belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradılır.
Ona görə də pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa,müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə,onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir.
Yox,əgər pensiyaların verilməsindəki gecikmələr ötəri,texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa,onda təklif edirik ki,son 3 aya qədər bir qayda olaraq həmişə Bakı,Sumqayıt və Abşeronda ayın 10-na qədər,regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi,pensiya verilən yeni günə transformasiya olunsun.Yaxşı olar ki,banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskonfort yaratmasınlar.Banklar pensiyslsrın verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin.Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin.Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur.Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?…
 Əli Məsimli
Milli Məclisin deputatı 
Chosen
26
25
xalq.az

10Sources