EN

Spirtli içkilərin bu qiymətdən aşağı satışı qadağan edilir...

Image

Akif Nəsirli: “Yeni qanun spirtli içki bazarında qiymət bahalaşmasına səbəb olacaq”

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur. Bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir: “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır”.

Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir. 

Maraqlıdır, bu qanun alkaqollu içkilər baazarına necə təsir edəcək? Qiymətlər bahalaşa bilərmi? Bu qanunla bazarda rəqabət imkanları aşağı düşə və kiçik sahibkarlar bundan əziyyət çəkə bilərmi?

“İri istehsalçıların bazarına girən kiçik sahibkarları sıradan çıxarmaq üçün belə bir qanun layihəsi hazırlanıb”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu dəyişiklik alkoqollu içki istehsalı ilə məşğul olan iri istehsalçıların bazarının təmizlənməsinə səbəb olacaq. Bazara kiçik sahibkarların daxil olmasının qarşısı alınacaq. Bununla da aşağı səviyyədə, ruşeym halında olan rəqabət aradan qalxacaq: “İri istehsalçıların bazarına girən kiçik sahibkarları sıradan çıxarması üçün belə bir qanun layihəsi hazırlanıb. Bu qanun inhisarçılığa xidmət edir. Qeyd edim ki, bu qanunun Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin təklifi kimi təqdim edilməsi yolverilməzdir. Əslində bu qurum inhisarçılığa qarşı mübarizə aparmalıdır, ancaq bu qanun birbaşa inhisarçılığa xidmət edir. Kiçik istehsalçıların sıradan çıxması əsas olaraq hədəf götürülüb. Bazarda məcbur edəcəklər hər kəs müəyyən olunmuş qiymətdən aşağı məhsul satmasın. Bu isə düzgün deyil. Ola bilsin ki, kimdəsə istehsal ucuz başa gəldiyi üçün o, ucuz qiymətə məhsulunu satışa çıxarmaq istəyir, bazarda rəqabət aparmaq üçün belə bir addım atır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, alkoqollu içki normativ huquqi akta əsasən hazırlanmalıdır. Adıçəkilən məhsul elə hazırlanmalıdır ki, istehlakçı zəhərlənməsin.

Ekspert hesab edir ki, yeni qanun spirtli içki bazarında qiymət bahalaşmasına səbəb olacaq.

Günel CƏLİLOVA





Chosen
18
baki-xeber.com

1Sources