EN

“Deyirdilər ki, Qurbanovun hər gecə klubunda adamı var”

“Ayaks”ın yetirməsi və “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon iki sabiq komandasının Avropa Liqasındakı dueli öncəsi müsahibə verib.

Redaktor.az xəbər verir ki, niderlandlı bu barədə “Ajax Life” jurnalına danışıb.

Karyerasını başa vuran 37 yaşlı futbol veteranı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə fikirlərini bölüşüb:

“Qurban Qurbanov elə fikirləşirdi ki, mən çox kökəm. 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər buna riayət etməsəydim, cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi - 9 il sonra bir az dəyişib. Amma mən ona uyğun gəlmirdim”.

Pupon deyib ki, “Qarabağ”la avrokuboklarda oynamaqda da maraqlı olub: “Klub Çempionlar Liqasının təsnifat mərhələlərində oynayırdı. Mən də sınamaq və macəra yaşamaq qərarına gəldim. Xanımım və bir yaşlı qızımla ora yollandım”.

“Dil məsələsi problem idi. Klubda tərcüməçim vardı. Amma klubdan kənarda yox idi. Azərbaycanda türk və rus dillərində danışırlar. Sonradan Türkiyədə də oynadım. Orada sutkanın istənilən vaxtı əlim çatan biri var idi, amma Bakıda yox”, - deyə ölkəmizdə yarım il keçirən niderlandlı ən böyük problemini yada salıb.

Qeyd edək ki, Pupon “Qarabağ”da çıxış etdiyi müddət ərzində 15 oyunda bir qol vurmuşdu (Qafqazinfo).

Chosen
7
4
redaktor.az

10Sources