EN

Gimnaziadada iştirak edəcək Azərbaycan təmsilçilərinin yolasalma mərasimi keçirilib

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan təmsilçilərinin yolasalma mərasimi baş tutub.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan tədbirdə media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Yarışlarda 26 növ üzrə ümumilikdə 3687 idmançı mübarizə aparacaq. Azərbaycanı Gimnaziadada 160 idmançı təmsil edəcək. Oyunlar oktyabrın 24-dən 30-dək təşkil olunacaq.

Chosen
11
2
ikisahil.az

3Sources