EN

Noyerin yeni müqaviləsinin təfərrüatları bilindi - Maaşı azalacaq, amma...

Yayda "Bayern Münhen"lə müqaviləsinin müddəti başa çatacaq Manuel Noyer Almaniya nəhəngi ilə yeni anlaşma imzalayacaq. 

Fanat.Az xəbər verir ki, tərəflər hələlik müqavilənin müddətini uzatmasalar da, bu problem olmamalıdır.

"Bild"in məlumatına görə, "Bayern" məsələni formal hesab edir. Müqavilə ilin sonuna qədər, potensial olaraq qış fasiləsində bağlana bilər.

Hətta yeni anlaşma da hazırdır və təfərrüatları mətbuata sızıb. 38 yaşlı qolkiper hazırda 20 milyon avro (bonuslar daxil) qazanır. Onun eyni pulu alacağı gözlənilir, lakin fərqli formatda: baza maaşı daha az olacaq, lakin onun fəaliyyəti ilə bağlı bonuslar artacaq. Mənbə “Bayern”in klub əfsanələri ilə müqavilələrin uzadılması zamanı məhz bu standart təcrübədən yararlandığını vurğulayıb.

Bu mövsüm artıq Noyerin "Bayern"də on dördüncü mövsümüdür. O, cari mövsüm bütün yarışlarda doqquz matça çıxaraq 8 qol buraxıb. Eyni zamanda, o, dörd dəfə qapısını toxunulmaz saxlayıb.

Mirağa

Chosen
5
fanat.az

1Sources