EN

Geoloqlar Kiçik Qafqazın şimal-şərq yamacında tədqiqatlara başlayıblar

Bakı, 23 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsi paleoseysmoloji tədqiqatlara başlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlara şöbənin müdiri dosent Qulam Babayev rəhbərlik edir.

Paleoseysmoloji tədqiqatlar müasir dövrdə seysmik təhlükənin qiymətləndirilməsinin bir istiqamətidir. Tədqiqatlar minilliklər ərzində uzunmüddətli seysmik rejimin təhlil edilməsini, qədim tarixi güclü zəlzələlərin (paleozəlzələlərin) mümkün olan izlərinin aşkarlanmasını, aktiv qırılmaların vizualizasiyasını, relyef deformasiyasının və səthə yaxın qruntda layların təbəqələşməsinin təhlilini, süxur nümunələrinin analizini və yaşlarının təyin edilməsini, morfoloji xüsusiyyətlərinin öyrənilməsini özündə ehtiva edir.

GGİ mütəxəssislərinin paleoseysmoloji çöl işləri Kiçik Qafqazın şimal-şərq yamacının seysmoaktiv ərazilərində reallaşıb və nəticədə emal üçün ilkin litoloji, geomorfoloji, geoloji məlumatlar əldə edilib.

 

Chosen
23
azertag.az

1Sources