EN

Qəzaya düşən futbolçu ÇL-də oynaya bilməyəcək

Ötən həftə avtomobil qəzası keçirən "Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifeys Çempionlar Liqasında "Brest"lə matçda iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Almaniya çempionunun baş məşqçisi Xabi Alonso məlumat verib.

Bonifeysin olduğu avtomobil bazar günü səhər qəzaya düşüb. Xoşbəxtlikdən hadisə zamanı 23 yaşlı nigeriyalı futbolçu ciddi xəsarət almayıb.

“Onunla danışdıq, hər şey qaydasındadır, amma təsir edən bir hadisə oldu. Dünən və ya bu gün məşq etməyib. O, özünü daha yaxşı hiss edir, lakin oynamağa hazır deyildi. Ona görə də biz bu bir neçə gündən onun özünü yaxşı hiss etməsinə və emosional şokdan çıxmasına kömək etməyə çalışdıq.

Fiziki cəhətdən o, özünü çox yaxşı hiss edir, amma baş verənlərdən sonra onu heyətə daxil etməmək yəqin ki, daha yaxşı olar”, - deyə Alonso bildirib.

Chosen
23
1
publika.az

2Sources