EN

Binəqədidəki bu küçədə qazılan yol sürücülərə təhlükə yaradır - VİDEO

Bakıda bu yolda yaranan vəziyyət vətəndaşların ciddi narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, təlimçi Arzu Babazadə redaksiyamıza göndərdiyi videoda paytaxtın Binəqədi rayonundakı küçədə qazıntı işlərinin aparılmasının sürücülərə yaratdığı çətinlikdən danışıb.

Təlimçi bildirir ki, Abay Kunanbayev küçəsində yerləşən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında yolun hər iki tərəfində elektrikli avtobusların istifadəsinə verilməsi üçün enerji doldurma məntəqələri quraşdırılır. Bu məqsədlə avtomobil yolunda qazıntı işləri aprılıb. Lakin yoldan aparılan yeraltı xətlərin çəkilişi başa çatdıqdan sonra açılan çuxur doldurulmayıb.

Arzu Babazadə deyib ki, onun sürdüyü avtomobilin ban növü “offroad” olsa da yenə də həmin hissədən keçərkən ehtiyatlı tərpənməyə məcburdur. Sedan avtomobillər üçün isə tam təhlükəli vəziyyət yaranıb. Təlimçi aidiyyəti qurumların yaranmış problemi təcili nəzarətə götürərək həll etmələrini xahiş edib.

Həmin videonu sizə təqdim edirik:

Səfər

Chosen
10
avtosfer.az

1Sources