EN

Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bilindi

Azərbaycan komandasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək Gimnaziadaya ayın 30-da yekun vurulacaq.

Chosen
1
3
90deqiqe.az

4Sources